2016-cı il oktyabrın 12-dən 14-dək Avropa Birliyinin Erasmus+ proqramının maliyyə dəstəyi ilə İspaniyanın Barselona Universitetdə “Ali təhsil islahat ekspertlərinə dəstək və kömək” mövzusunda keçirilən illik konfransında Xəzər Universitetinin İnkişaf direktoru Raziyə İsayeva iştirak etdi.
Konfransda 20-dən çox ölkənin ali təhsil ekspertləri iştirak edirdilər. Konfransın məqsədi təhsil siyasəti islahatlarının təhlili və həyata keçirilməsində iştirakçıların bacarıqlarını inkişaf etdirmək idi.