2016-cı il dekabrın 16-da Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimi, fil.ologiya üzrə fəlsəfə doktoru Xatirə Yusifova Təhsil fakültəsinin tələbələri üçün “Əski əlifba” fənnindən növbəti dərsini AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçirdi. Müəllimin mühazirəsi tələbələrin əyani şəkildə gördükləri konkret nümunələr əsasında aparıldığından, böyük maraqla qarşılandı.
Tələbələr Əlyazmalar İnstitutunda qorunan Yaxın və Orta Şərq, o cümlədən Azərbaycan, Şimali Afrika ölkələrinin və xalqlarının elm və mədəniyyətinə dair türk, ərəb, fars dillərində qiymətli əsərlərlə, eyni zamanda, XIX-XX əsrlərdə yaşamış görkəmli elm və mədəniyyət xadimlərinin şəxsi sənədləri, əski çap kitabları, əvvəlki dövrlərin qəzet və jurnalları müxtəlif mikrofilm və foto surətlərlə tanış oldular.