2016-cı il dekabrın 15-də Xəzər Universiteti Təhsil fakültəsi Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimi fil.ü.f.d., dos. Elmira Məmmədova-Kekeç və Təhsil fakültəsinin tələbələri Xatirə Ağayeva, Ema Niftəliyeva, Nizami Əlisoy, İlahə Qasımzadə, Ləman Həsənli “Türkologiya” jurnalının növbəti seminarında iştirak etdilər. Seminarda Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru Elbrus Əzizovun moderatorluğu ilə professor Əhməd Bican Ercilasunun “Başlanğıcdan iyirminci əsrə –türk dil tarixi” kitabı müzakirə və təhlil edildi.
E.Əzizov tərəfindən seminar iştirakçılarına “Türk dillərinin dünya dilləri arasındakı yeri”, “Altay dilləri nəzəriyyəsi”, “Böyük dil ailələri nəzəriyyəsi”, “Nostratik nəzəriyyəsi”, “Avrasyatik nəzəriyyəsi”, “Şümer-Türk dil əlaqələri” kimi məsələlər haqqında geniş məlumat verildi.
Seminarın sonunda türkoloq-alim seminar iştirakçılarının və tələbələrin suallarını cavablandırdı.