2016-cı il dekabrın 15-də Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs 1-ci il tələbələri ilə görüşdü. Görüşdə Humanitar və sosial elmlər fakültəsinin dekanı Dr. Cabir Xəlilov, Siyasi elm və beynəlxalq münasibətlər departamentinin koordinatoru Elmar Mustafayev və Humanitar və sosial elmlər fakültəsində dekan köməkçisi Paşa Aydayev iştirak edirdilər.
Dr. Hassan Niknafs tələbələrə universitetdə təhsil alacaqları 4 il ərzində yaradılacaq şərait və imkanlardan danışdı, təhsillərini uğurla davam etdirmələri üçün onlara tövsiyələrini bildirdi.
Sonda tələbələrin sualları cavablandırıldı.