2016-cı il dekabrın 14-də Xəzər Universiteti Xəzər Psixoloji Xidmət Mərkəzi tələbələrin istəyini nəzərə alaraq, “Mükəmməlliyə doğru” adlı tədbir keçirdi. Tədbirin məqsədi gənclərin sağlam həyat tərzinə maraq oyatmaq, düzgün qidalanmaq, pis vərdişlərdən uzaqlaşmaq, idmanın əhəmiyyətini anlatmaq, psixoloji sağlamlığı qorumaq və bunu nümunələrlə göstərmək idi.
Əsas məruzəçi Türkiyənin Orta Doğu Texniki Universiteti qida mühəndisliyi məzunu Fövqi Əfəndiyev idi.
Tədbir ərzində tələbələr ideal çəkiyə necə sahib olmalı, sağlam qida nədir, pis vərdişləri necə tərgitməli və s. məsələlərlə bağlı məlumat aldılar.