Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya” məktəbi artıq SAT imtahanlarının rəsmi şəkildə keçirildiyi mərkəzlərdən birinə çevrildi. Belə ki, "College Board" təşkilatının İB məktəbinə göndərdiyi məktubda 60144 təsdiq kodu verilir və bildirilir ki, məktəbdə SAT imtahanlarının təşkil olunmasına rəsmi şəkildə səlahiyyət verilir.
SAT dünyanın bir çox kollec və universitetlərində qəbul olunan standartlaşdırılmış test imtahanıdır. İmtahan riyaziyyat, tənqidi oxuma və yazı bölmələrindən ibarət olub şagirdlərin savadını, yazı, analitik və problem həll etmə bacarıqlarını qiymətləndirir.
SAT imtahanları ABŞ-da yerləşən “College Board” qeyri-hökumət təşkilatı tərəfindən idarə olunur.
“College Board” təşkilatının bildirdiyinə görə, “SAT imtahanları abiturientlərin universitetə qəbul olması üçün ilk addım atmaqda yardım edir. Test mərkəzinə çevrilməklə, siz həm şagirdləri SAT, SAT Fənn testləri, həm də ali təhsilə hazırlıqla bağlı barədə məlumatlandırmaq imkanı əldə edəcəksiniz.”
“Dünya” məktəbində ilk imtahan 2017-ci il yanvarın 21-də keçiriləcək. (Ünvan: Əcəmi Naxçıvani küç. 9).
Ətraflı məlumat üçün “Dünya” məktəbi İB Proqramının koordinatoru Rəna Musayeva ilə əlaqə saxlamaq olar: Tel: (012) 563-59-40/47/48.