2016-cı il dekabrın 9-da “Boulevard” Hoteldə İraq səfirliyinin mükafat mərasimi keçirildi. Səfirliyin nümayəndəsi iraqlı tələbələrin Xəzər Universitetində uğurla ali təhsil aldıqlarını qeyd etdi. Bu münasibətlə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının şəxsində Xəzər Universitetinə “Qızıl Palma” mükafatı təqdim olundu.