2016-cı il dekabrın 5-dən 7-dək Ukraynanın Xarkov şəhərində böyüklər arasında keçirilən kikboksinq üzrə dünya çempionatında Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsində tərcümə ixtisası üzrə təhsil alan III il tələbəsi Firudin Həsənov 2-ci yeri tutmuş və gümüş medala layiq görülmüşdür.
Xatırladaq ki, Həsənov Firudin müxtəlif beynəlxalq turnirlərin qalibidir. O, bundan əvvəl öz növündə 6 dəfə Azərbaycan çempionu olmuş, Avropa və Avrasiya yarışlarında qızıl medala layiq görülmüşdür.