2016-cı il dekabrın 9-da Təhsil Nazirliyinin nəzdindəki “Təhsil” televiziyasının “Təməl” proqramında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov Azərbaycanda Rektorlar Şurasının yaradılması problemini müzakirə etdilər.
Proqramın aparıcısı Cəsarət Valehov idi. H.İsaxanlı Rektorlar Şurası (Rektorlar Konfransı, Rektorlar Assosiasiyası) ideyası, onun vəzifələri, müxtəlif ənənələr və Azərbaycanda bu istiqamətdə hansı növ fəaliyyətlərin zəruri və təbii olduğu barədə ətraflı məlumat verdi.