2016-ci il dekabrın 8-dəXəzər Universitetində (köhnə və yeni binanın girişində) Təhsil fakültəsinin tələbələri tərəfindən xeyriyyə məqsədilə “Ev şirniyyatları-2” adlı yarmarka təşkil edildi. Yarmarkada Xəzər Universitetinin tələbələri və əməkdaşları iştirak etdilər. Yarmarkadan toplanan vəsait Xəzər Universitetinin qan xərçəngindən əziyyət çəkən magistr tələbəsinə və talassemiya xəstəsi olan 4 yaşlı Aylanın müalicəsinə sərf olunacaq.