Dekabrın 8-də Tarix və arxeoiogiya, Dillər və mədəniyyətlər departamentlərinin təşkilatçılığı ilə BDU-nun professoru, fəlsəfə elmləri doktoru Əsədulla Qurbanov tarix, politologiya, beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrə “İslam dinində multikulturalizmin əsasları” mövzusunda mühazirə oxudu.
Alim 2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan olunmasının əhəmiyyətindən, multikulturalizm və tolerantlıq kimi ümumbəşəri dəyərlərin islam dininin zəruri ehkamlarından olduğunu Quran ayələrinə, müsəlman övliya və mütəfəkkirlərinin fikirlərinə istinad etməklə əsaslandırdı, Qərb yazıçı və filosoflarının islam dini haqqında yazdıqlarını nəzərə çatdırdı, tələbələrin suallarını cavablandırdı.
Sonda departament müdirləri, fəlsəfə doktorları Roza Arazova və Elnurə Əzizova maraqlı mühazirəyə görə professora təşəkkürlərini bildirdilər.