2016-cı il dekabrın 6-da Xəzər Universitetinin konfrans zalında Tarix və arxeologiya departamentinin təşkilatçılığıilə Bakı Dövlət Universiteti Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, “Azərbaycan arxeologiyası” jurnalının baş redaktoru, əməkdar müəllim, tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadə ilə görüş keçirildi. Görüş Təhsil fakültəsinin tarix ixtisasında təhsil alan I il tələbələri ilə tanışlıq xarakteri daşıyırdı.
Professor Qüdrət İsmayılzadə elmi fəaliyyətindən, arxeoloji ekspedisiyalardan, qarşılaşdığı hadisə və situasiyalardan danışdı.
Sonda Qüdrət İsmayılzadə ilə tələbələrin xatirə şəkilləri çəkildi.