2016-cı il dekabrın 5-dən 7-dək Gürcüstanın Kutaisi şəhərinidəki Akaki Tsereteli Dövlət Universitetində Erasmus+ proqramı çərçivəsində Xəzər Universitetinin hazırladığı “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (“AESOP: Advocacy Establishment for Students through Ombudsman Position”) layihəsinin ilk iclası keçirildi.
İclasda Xəzər Universitetini təmsil edən İnkişaf direktoru Raziyə İsayeva, “Xəzər Xəbər” jurnalında ingilis dilində mətnlərin redaktoru Marta Lauri, layihə koordinatoru və Əlilliyi olan Tələbələr üçün Mərkəzin koordinatoru Rima Məmmədova layihə haqqında çıxışlar etdilər.
“Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” layihəsi Erasmus+ proqramı çərçivəsində 2015-ci ildə Xəzər Universiteti tərəfindən qazanılmışdır. Bir il müddətində layihə uyğun qanunvericilikdə yaranmış problemlərə bağlı qeydiyyata alınmadığı üçün Gürcüstanın Akaki Tsereteli Dövlət Universitetinə verilmişdir.