Xəzər Universiteti Karyera İnkişaf Mərkəzi Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq, növbəti yaz semestri ərzində beynəlxalq münasibətlər, regionşünaslıq və siyasi elmlər ixtisaslarının 3-cü və 4-cü il tələbələri təcrübə proqramlarında və təlimlərdə iştirak etmə şansı qazanacaqdır.
Məqsəd universitetin siyası elmlər üzrə təhsil alan tələbələrinin müəyyən təcrübə proqramlarında, xaricdə keçirilən konfranslarda iştirakını təmin etməkdir.