2016-cı il dekabrın 2-si və 3-də Xəzər Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Y-PEER Azərbaycan şəbəkəsinin və Xəzər Universitetinin Əlilliyi olan Tələbələr Mərkəzinin təşkilatı dəstəyi ilə “Əlçatan təhsil –Əlçatan gələcək” layihəsi çərçivəsində təlim keçirildi.
Təlimin məqsədi inklüziv təhsillə bağlı məlumatlandırma, əlilliyi olan uşaqlarla işləyərkən, onlara olan düzgün pedaqoji yanaşma və davranışın inkişaf etdirilməsi idi.
Təlimdə özünü potensial təlimçi və ya təhsil işçisi kimi görənlər, əlilliyi olan uşaqlarla çalışarkən yeni yanaşma və bacarıqları öyrənmək istəyən 18-25 yaş arası gənclər iştirak edirdilər.
Təlim zamanı əlilliyi olan şəxslərin yaşadığı çətinlikləri hiss etmək, onları daha yaxşı anlamaq üçün müxtəlif oyunlar keçirildi, səhnəciklər göstərildi.
Təlimin sonunda iştirakçılara sertifikat verildi.