Middlesex Universitetində Erasmus+ proqramı çərçivəsində təlim keçirildi
2016-cı il noyabrın 28-dən dekabrın 2-dək Xəzər Universitetinin nümayəndələri Erasmus+ proqramı çərçivəsində Middlesex Universitetində (London, Böyük Britaniya) partnyor universitetlərin əməkdaşları üçün keçirilən təlimdə iştirak etdilər.
Bu tədbirdə Xəzər Universitetini Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Turan Cəfərova və layihələr üzrə koordinator Rima Məmmədova təmsil edirdilər.
Təlimdə tələbə və işçi heyətinin mobilliyi, işçi heyətinin inkişafı, tələbələrin iş bacarıqları, potensial kard quruculuğu, ali təhsil müəssisələrində tanınma və akkreditasiya və digər bir sıra məsələlər müzakirə olundu. Bu tədbir çərçivəsində keçirilən “Xaricdə təhsil sərgisi” Xəzər Universitetini Middlesex Universitetinin tələbə və işçi heyətinə təqdim etməyə də imkan yaratdı. Xəzər Universitetinin nümayəndələri hazırda Middlesex Universitetində Erasmus+ proqramı ilə mübadilədə iştirak edən doktorantımız ilə də görüşdü.
Bu tədbirdə 15-dən çox ölkənin ali təhsil müəssisələrindən 50-ə yaxın iştirakçı öz təcrübələrini digərləri ilə bölüşdü.