2016-cı il noyabrın 30-da Xəzər Universiteti Jurnalistika departamentinin koordinatoru Cabir Məmmədli universitetin İqtisadiyyat və menecment fakültəsinin II il tələbələri ilə görüşdü. Görüşün məqsədi “Jurnalist-tələbə klubu”nun yaradılması ilə əlaqədar tələbələrə jurnalistika, xəbər, xəbər yazmanın ümumi qaydaları, xəbərin xüsusiyyətləri və s. haqqında ilkin məlumat vermək idi.
Qeyd edək ki, “Jurnalist-tələbə klubu”nun məqsədi universitetdə keçirilən tədbirlərin daha operativ şəkildə işıqlandırılmasına kömək etməkdir.
Sonda tələbələrin sualları cavablandırıldı.