2016-cı il noyabrın 19-da Gənclərin Şəxsi İnkişafı Mərkəzi olan Müasir Gənclər Klubu və Xəzər Universiteti Tələbə Məclisinin birgə əməkdaşlığı ilə Xəzər Universitetində psixoloq Vəfa Əkbərin rəhbərliyi ilə “Gələcəkdə mən” adlı psixoloji təlim təşkil olundu. “Gələcək mən” adlı psixoloji seminarda “Mən kiməm?”; “Mənim potensialım?”; “Potensialı üzə çıxartma”, “Gələcəkdə mən” mövzuları müzakirə olundu.
Seminarda Xəzər Universiteti tələbələri ilə yanaşı, digər tələbələr də olmaqla, 50-yə yaxın iştirakçı var idi. Müasir Gənclər Klubu ilə gələcək günlərdə də bu cür təlim və seminarların davamı olacaq.