2016-cı il dekabrın 23-də Xəzər Universitetinin Karyera Mərkəzi universitetin “Neftçilər” korpusunda “Elm şənliyi sərgisi” keçirəcək. Gənclərin elmə marağının təbliği və təşviqi üçün nəzərdə tutulmuş bu layihə bir gün çərçivəsində intellektual müsabiqə, elmin müxtəlif sahələri ilə bağlı sərgi və elmi-kütləvi seminarlardan ibarət olacaq. Sərgidə əl işlərini, öz fəaliyyətlərini və elmlə bağlı nailiyyətlərini nümayiş etdirmək istəyən yaradıcı qruplar, təşkilatlar, ictimai birliklər və dövlət qurumları 2016-cı il noyabrın 27-nə kimi müraciət edə bilərlər. Müraciət etmək üçün əl işlərinin nümunələrini foto, video və ya eskiz şəklində göstərərək, qeydiyyatdan keçə bilərlər. Əl işləri fizika, riyaziyyat, həndəsə, mühəndislik, kimya, texniki, memarlıq və digər dəqiq sahələri üzrə istənilən materialdan hazırlana bilər və yaradıcılığını nümayiş etdirmək istəyən hər kəs sərgiyə müraciət edə bilər. Sərgidə əl işlərini nümayiş eetdirən iştirakçılara Xəzər Universiteti və Azərbaycan Arxeoloqlar Cəmiyyəti adından ən yaxşı yaradıcı və orjinal əsərlərə “Sertifikat” veriləcək.
Sərgini izləmək istəyənlər səhər saat 9:00-dan 18:00-a kimi Xəzər Universitetinin “Neftçilər” korpusunda şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçərək, elmə həsr olunmuş əsərləri yaxından izləyə bilərlər.
Əlavə məlumatı aşağıdakı e-mail ünvanları və telefon nömrələri vasitəsilə almaq olar:
Ulviyyə Hüseynova, uhuseynova@khazar.org; Tel: (012) 421-79-16 (dax.212);
Orxan Zamanov, redkolleqa@gmail.com; (055) 854-41-65 (mobil).
Vacib linklər: