2016-cı il noyabrın 29-da Xəzər Universiteti Təhsil fakültəsinin Bioloji elmlər departamentinin müdiri və Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru Dr. İradə Xəlilova Fransanın Montpellier Universitetində Odontolgiya fakültəsinin Biologiya, Səhiyyə və Nanotexnologiya tədqiqat laboratoriyasının (Faculty of Odontology, Research Laboratory of Biology, Health and Nanoscience) əməkdaşları və tədqiqatçılara “Xəstəliyin erkən diaqnostikası üçün oksidativ stress biomarker tədqiqatı” (“Oxidative stress biomarker research for early disease diagnostics”) mövzusunda seminar verdi. Seminarda Dr. Veronique Véronique Barragan-Montero, Dr. Pierre-Yves Collart-Dutilleul, Dr. Hamideh Salehi və başqaları iştirak edirdilər. Seminar maraqlı müzakirələr ilə nəticələndi. Seminardan sonra Odontologiya fakültəsinin laboratoriyasında tədqiq edilən nümunələrin iltihab əleyhinə olan aktiv komponentlərinin Xəzər Universitetinin tədqiqat laboratoriyasında “in vitro” testlər qoyulması üçün göndərilmsi nəzərdə tutuldu və bu işdə geniş əməkdaşlıq müzakirə olundu.