2016-cı il noyabrın 28-də Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Hassan Niknafs və Kimya departamentinin koordinatoru Rəsul Muradi “Milla” şirkətinin baş meneceri Filip Raytla görüş keçirdi. Görüşün məqsədi “Milla” şirkəti ilə əməkdaşlıq etmək və bu sahədə imkanları genişləndirmək idi.
Kimya mühəndisliyi tələbələrinin zavodun bioreactor, istilikdəyişdirici və ayırma kimi təchizatları ilə, Mexanika mühəndisliyi tələbələrinin ekstrüderlər və qəlibə salınma təchizatları ilə tanış olması məqsədilə zavoda bir günlük turun təşkil olunmasına dair razılıq əldə olundu. Bundan əlavə, Kimya mühəndisiliyi ixtisasında təhsil alan tələbələrin “Milla” şirkətində yay təcrübəsi keçməsinə və şirkətin tədqiqat və inkişaf menecerinin Xəzər Universitetində seminarının təşkil edilməsinə dair qərar qəbul olundu. Gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi vurğulandı.