2016-cı il noyabrın 28-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumla Şurasının sədri professor Hamlet İsaxanlı Azərbaycan Dövlət Miqrasiya Xidmətinin sədri genral-mayor Firudin Nəbiyev ilə görüşdü. Görüşdə Xəzər Universiteti ilə Azərbaycan DMX arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Azərbaycana dəvət edilən mütəxəssislərlə, o cümlədən alim və müəllimlərlə bağlı problemlər barədə fikir mübadiləsi aparıldı. Müzakirələr zamanı 2017-ci ilin martında Xəzər Universiteti və Azərbaycan DMX təşkilatçılığı ilə Xəzər Universitetində tematik konfrans keçirilməsi qərara alındı.