2016-cı il noyabrın 28-dəXəzər Universitetinin Karyera İnkişaf Mərkəzi “Baker Tilly” Audit Şirkətinin nümayəndəsi və Xəzər Universitetinin məzunu Ramil Bədəlovla görüş keçirdi. Görüşün məqsədi Xəzər Universitetinin Karyera İnkişaf Mərkəzi ilə əməkdaşlıq etmək və bu sahədə imkanları genişləndirmək idi. “Baker Tilly”-nin nümayəndəsi tələbələrlə işləməkdən zövq aldıqlarını və bundan sonra da öz şirkətlərində daha çox Xəzər Universitetinin tələbələri ilə işləmək istədiklərini bildirdi.
Görüşdə Karyera Sərgəsi haqqında da müzakirələr olundu və sponsorluq təklifinin dəyərləndiriləcəyi bildirildi. “Baker Tilly”-nin nümayəndəsi vakansiya və ya təcrübə elanlarını ilk olaraq, Karyera İnkişaf Mərkəzi ilə bölüşəcəklərini və əməkdaşlıq əlaqələrini daha da genişləndirəcəklərini vurğuladı.