2016-cı il noyabrın 25-də Xəzər Universiteti Tarix və arxeologiya departamentində Roza Arazova və Orxan Zamanovun təşəbbüsü ilə ABŞ-ın Nyu-York ştatı Roçester Universitetinin professoru Michael Jarvis ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun və Xəzər Universitetinin əməkdaşlarının iştirakı ilə dəyirmi masa ətrafında elmi seminar təşkil olundu. Seminar arxeologiyanın və tarixin öyrənilməsində, tədrisində və tətbiqində rəqəmli texnologiyaların tətbiqi ilə əlaqədar keçirilirdi. Seminarda Xəzər Universitetinin Karyera İnkişaf Mərkəzinin koordinatoru Ülviyyə Hüseynova, Məzunlarla iş üzrə koordinator Baba Bayramlı, İnternet İnstitutunun direktoru Məhəmməd Şərifov və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Namiq Hüseynli iştirak edirdilər.
Görüşün sonuna yaxın Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs seminara qoşuldu. İngilis dilində keçən seminarda maraqlı təqdimat və müzakirələr oldu.