2016-cı il noyabrın 21-dən Xəzər Universiteti Təhsil fakültəsinin Bioloji elmlər departamentinin müdiri və Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru Dr. İradə Xəlilova Erasmus+ mobillik qrantı üzrə Fransanın Montpellier Universitetində Odontolgiya fakültəsinin Biologiya, səhiyyə və nanotexnologiya tədqiqat laboratoriyasında (Faculty of Odontology, Research Laboratory of Biology, Health and Nanoscience) mezenxim kök hüceyrələrinin osteoblastlara çevrilməsi və diş toxumasının regenerasiyasında biomaterial ilə birgə istifadə edilməsi haqda tədqiqat işi aparır. O, həmçinin, həmin fakültənin tələbələri ilə təcrübə dərslərində iştirak edir. Noyabrın 29-da Dr. Xəlilova laboratoriyanın əməkdaşları və tədqiqatçılara “Xəstəliyin erkən diaqnostikası üçün oksidativ stress biomarker tədqiqatı” (“Oxidative stress biomarker research for early disease diagnostics”) mövzusunda seminar verəcək.