Noyabrın 25-də AMEA Fəlsəfə İnstitutunun nəzdindəki Dissertasiya Şurasında Xəzər Universitetinin doktorantı Xəyalə Məmmədovanın “Azərbaycan cəmiyyətinin sosial-mədəni inkişafının gender aspektləri” mövzusundakı dissertasiya işinin fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiəsi keçirildi.
AMEA Fəlsəfə İnstitutunun direktoru professor İlham Məmmədzadənin rəhbərliyi ilə keçirilən iclasda X. Məmmədovanın təqdimatından sonra şura üzvlərinin sualları cavablandırıldı.
Dissertasiya şurası aparıcı təşkilatın, rəsmi opponentlərin, ayrı-ayrı alimlərin dissertasiya və onun avtoreferatı haqqında rəylərini, elmi iş üzrə yerli və xarici elmi jurnallarda çap olunmuş məqalələri, dissertasiya işinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini nəzərə alaraq, iddiaçının fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olması haqqında qərar qəbul etdi.