2016-cı il noyabrın 22-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Erdoğanın Baş müşaviri, keçmiş Mədəniyyət və Turizm Naziri Yalçın Topçunu, TBMM-nin AK Parti Ordu Millət vəkili Metin Gündoğdunu və digər şəxsləri qəbul etdi. Y.Topçu H.İsaxanlıya hədiyyə təqdim etdi. Sonra türkiyəli qonaqlar “Mərmər” zalda universitetin tələbələri ilə görüşdülər. Y.Topçu tələbələr qarşısında Türkiyədəki ictimai-siyasi vəziyyətlə bağlı məruzə etdi, tələbələrin suallarını cavablandırdı.
H.İsaxanlı türkiyəli dövlət adamına universitet rəhbərliyi və tələbələr adından dərin təşəkkürünü bildirdi. Xatirə şəkilləri çəkildi. Qonaqların şərəfinə ziyafət verildi.