2016-cı il noyabrın 17-də Xəzər Universitetinin beynəlxalq tələbələri Azərbaycanda multikulturalizm mövzusuna həsr olunan sosial reklamının çəkilişində iştirak etdilər.
İctimai televiziya kanalınin apardığı bu çəkilişdə beynəlxalq tələbələr Azərbaycanda rast gəldiyi insanlar, mədəniyyət, ənənələr haqqında təəssüratlarını bölüşdülər, həm də öz mədəniyyətləri haqqında qısa məlumat verdilər. Çəkilən kadrın mahiyyəti dünyada bütün insanları bir-birinə münasibətdə tolerant, dünyanı daha sülhsevər olmağa çağırmaq idi.
Çəkilişdə Əfqanıstan, Qambiya, İran, İraq, Pakistan, Fələstin, Türkiyə, Yəmən və Zimbabvedən olan tələbələr iştirak etdilər.
Multikulturalizm ili ilə əlaqədar hazırlanan bu sosial reklam Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun layihəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan olunmuşdur.