2016-cı ilin noyabrında Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimi Qardaşxan Əzizxanlının “XX əsrin ikinci yarısında Azərbaycan vətəndaşlıq lirikasında sosial içərik” adlı məqaləsi AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun nəşri olan “Filologiya məsələləri” jurnalının 8-ci sayında çap olunmuşdur. Məqalədə, həmçinin, xalqın mənəvi deqradasiyasının qarşısının alınmasında, milli-mənəvi birliyinin qorunub-saxlanmasında, bütövlükdə milli məfkurənin formalaşmasında M.Araz, S.Tahir və M.İsmayılın yaradıcılığının oynadığı məxsusi rola diqqət yönəldilir.