Xəbər verildiyi kimi, 2016-cı il noyabrın 7-dən 9-dək Xəzər Universitetində Xəzər Universiteti ilə Fransanın Milli Elmi Tədqiqarlar Mərkəzinin (CNRS) nəzdində fəqliyyət göstərən “Labex Transfers” elmi qurumunun təşkilatçılığı ilə “Qafqazda görüşlər və qarşılıqlı təsirlər. Mədəniyyətlərarası əlaqələrin uzunmüddətli tarixi” adlı beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransın iştirakçılarından olan Fransanın Elmi Araşdırmalar üzrə Milli Mərkəzinin direktoru Michel Espagne Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya məktub göndərmişdir. Məktubda deyilir:
“Hörmətli Professor İsaxanlı!
Vətənə qayıtdıqdan sonra Xəzər Universitetinin bizim konfransımızı çox yüksək səviyyədə təşkil etdiyinə üçün öz heyranlığımı ifadə etmək istəyirəm.
Biz çox qonaqpərvərliklə qarşılandıq. Mən akademik dairələrdə görüşlərə çox da adət etməmişəm.
Sizin əməkdaşlarınız və tələbələriniz bizə xüsusilə gözəl davrandılar.
Biz Bakıdan ən xoş təəssüratlarla ayrıldıq və bizim Azərbaycan haqqında gözəl xatirələrimiz qalacaq.
Ümid edirəm ki, biz konfrans materiallarının ingiliscə versiyasının çap edilməsinə imkan tapacağıq və əgər layihə ilə razı olsanız, Səmərqənddəki konfransdan sonra redaktə edilmiş, ikinci, daha geniş fransızca versiyasının kitab kimi çapı haqqında düşünürük.
Ən xoş arzularla,
Michel Espagne”.