2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən iki cilddə “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı: müasir mərhələdə” kitabı dərc olundu. Kitabda “Portret oçerklər” sırasında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının yaradıcılığı haqqında “Hamlet İsaxanlı –yenilikçi şair” adlı məqalə yer almışdır. Məqalənin müəllifi professor Bədirxan Əhmədlidir.