2016-cı il noyabrın 8-də “Dünya” məktəbində “Praktiki mühəndislik və liderlik proqramı” çərçivəsində tədbir keçirildi. Tədbirdə məktəbin şagirdləri, müəllimləri və valideynlər iştirak edirdilər.
“Help”
tədris metodiki proqramı mentor-təlimçi indeksli olub, qarşıya qoyulan problemlərin həlli yolunu axtarmağa, kəşf etməyə, ixtira ortaya qoymağa və davamlı olaraq problemlərdən çıxış
yolu axtarmağayönəldilmiş elmi, praktiki, mühəndislik,
liderlik və robotexnika proqramıdır.
Proqram 5-11, 11-15, 11-18 yaşlı şagirdlər üçün
nəzərdə tutulur.
Bu proqram Amerikada, Yaponiyada, eləcə də, Azərbaycanın Xəzər Universiteti, Bakı Ali Neft Məktəbi kimi təhsil müəssisələrində tədris olunur.