2016-cı il noyabrın 5-də Xəzər Universiteti Tələbə Məclisinin dəstəyi və AEGEE-Bakı-nın (European Students' Forum) təşkilatçılığı ilə Xəzər Universiteti və digər universitetlərdən olan tələbələrlə insan haqları mövzusunda “Hüququnuzu bilin!” (“Know your rights, now!”) adlı təlim keçirildi. AEGEE-Bakı hüquq işçi qrupunun koordinatoru Nicat Məmmədov və təlimçi Xəyyam Namazov tərəfindən planlanan təlim proqramı 5 saat davam etdi. Təcrübəli təlimçi tərəfindən tələbələrə ümumi olaraq hüquq mövzusunda və başqa bir çərçivədən insan haqlarından danışıldı, çox yararlı məlumatlar verildi.
Tələbə Məclisi AEGEE-Bakı ilə olan bu tədbirin yaxın həftələrdə davamının olacağını bildirir.