2016-cı il noyabrın 3-dən 5-dək Xəzər Universiteti Dillər və mədəniyyətlər departmentinin müdiri dosent Elnurə Əzizova Türk Tarix Qurumu, Nəcməddin Ərbakan Universiteti, Çukurova Universiteti və İslam Tarixçiləri Dərnəyinin birgə təşkilatçılığı ilə Adanada həyata keçirilən “Beynəlxalq Orta Anadolu və Aralıq dənizi Bəyliklərinin Tarixi, Kültürü və Mədəniyyəti Simpoziumu III – Ramazanoğulları Bəyliyi” adlı beynəlxalq simpoziumda iştirak etmişdir. Elnurə Əzizova simpoziumda “Fransız səyyahı Bertrandon de La Broquierin gözü ilə XV əsr Anadolu Bəyliklərində ictimai-mədəni həyat: Ramazanoğulları nümunəsində” mövzusunda məruzə ilə çıxış etmişdir. Simpozium müddətində Elnurə Əzizova Türk Tarix Qurumunun rəhbəri professor Refik Turan, İslam Tarixçiləri Dərnəyinin rəhbəri professor Mehmet Şeker və digər elm adamları ilə Türk-İslam tarixininə dair müştərək beynəlxalq tədbirlələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparmışdır.