Oktyabrın 28-də Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzində Xəzər Universitetinin “Dünya məktəbi”nin müəllim və şagirdləri üçün görüş təşkil edilib.
Misirin tarixi və mədəniyyəti haqqında film nümayiş etdirildikdən sonra Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi qonaqları salamlayaraq, onlara Mərkəzin fəaliyyəti və Azərbaycan mədəniyyət və təhsil ocaqları ilə əlaqələrinin genişləndirilməsi sahəsində aparılan işlər haqqında ətraflı məlumat verib. Bundan başqa, Mərkəzlə “Dünya” məktəbi arasında əməkdaşlıq barədə, “Dünya” məktəbində şagirdlərin Misir uşaq ədəbiyyatı ilə yaxından tanış olmaları üçün bədii qiraət saatlarının, eləcə də Mərkəz tərəfindən uşaqlar və müəllimlər üçün ərəb dili kurslarının təşkil olunması barədə təkliflərin müzakirəsi aparılıb.
Görüşün keçirilməsindən hər iki tərəf öz məmnunluq hislərini bildirərək, belə görüşlərin gələcəkdə də təşkil olunmasının zəruriliyini vurğulayıblar.