2016-cı il oktyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimi Qardaşxan Əzizxanlının təşəbbüsü və təşkilatçılığı ilə respublikada ilk dəfə olaraq, “Məmməd Araz Poeziya günü” keçrildi. Mərasimdə Məmməd Araz yaradıcılığını sevənlər, eləcə də, Azərbaycanın ziyalı şəxsləri şair Musa Yaqub, BDU-nun professoru Cahangir Məmmədli, Afaq Məsud, İlqar Fəhmi və digərləri iştirak edirdilər. Gələn qonaqlar şairin yaradıcılığı haqqında danışdılar və öz xatirələrini bölüşdülər.