2016-ci il oktyabrın 23-dən 28-dək Polşa Respublikasının paytaxtı Varşava şəhərində VII Beynəlxalq Prometey Konfransı keçirilmişdir. Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi, tarix elmləri doktoru Nəsiman Yaqublu həmin konfransda iştirak etmişdir. Konfransda ABŞ, Polşa, Ukrayna və Qazaxıstandan gəlmiş tanınmış elm xadimləri iştirak edirdilər. Nəsiman Yaqublu “Qafqaz mühacirlərinin mətbuat orqanları” mövzusunda məruzə ilə çıxış etmişdir. Hazırda həmin məruzə Varşava Universitetində nəşr edilən “Yeni Prometey” jurnalında çap olunur. Qeyd edək ki, Nəsiman Yaqublu həm də “Yeni Prometey” jurnalının redaksiya heyətinin üzvüdür.