2016-cı il oktyabrın 28-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru professor Durmuş Deveci, prorektor İbrahim Solak, İctimai Nəzarət Koalisiyası İH-nin sədri, Sabitlik və İnkişaf Mərkəzi İB-nin sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İH-nin vitse-prezidenti ilə görüşdü. Görüşdə Xəzər Universitetinin Tədris işləri üzrə prorektoru professor Məhəmməd Nuruyev, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli iştirak edirdilər.