2016-cı il oktyabrin 23-də Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya” məktəbində “Payiz bayramı” adlı tədbir keçirildi. Bayram musiqi qrupunun rəhbəri Sevinc Sultanovanın bəstələdiyi “Qızıl payız” mahnısı ilə açıldı.
Azərbaycan və rus bölmələrində keçirilən bu bayram tədbirində uşaqlara bədii tərtibatda payızın rəngləri, bu fəslin meyvə və tərəvəzlərinin xüsusiyyətləri, sağlamlığa və bədənin inkişafına xeyri, təsirləri haqqında məlumat verildi.
Maraqlı payız personajlari – Payız qızı, Damcı, Meyvələr, Çiçəklər rəngarəng görünüşləri ilə səhnəni bəzədilər. Azərbaycan və rus dillərində səsləndirilən şeirlər, çiçəklərin və meyvələrin rəqsi, balaca həkimin tövsiyəsi səhnədə gözəl harmoniya yaratdı.
İngilis bölməsində də keçirilən məşhur “Halloween” – “Balqabaqlar bayramı” öz rəngarəngliyi ilə uşaqları sevindirdi. Səhnə içərisində şamlar yanan balqabaqlarla bəzədilmişdi.
Payızla
qışın görüşü, qış meşəsinin sərtliyi, soyuğu, uğultusunun səhnədə əksi böyük
marağa səbəb oldu. Uşaqlar müxtəlif meşə heyvanlarının cildində maraqlı
kompozisiyalar yaratmışdılar.
Buradakı səhnələr – ingilis dilində səslənən
şeirlər, rəqslər bir-birini tamamlayırdı.
Səhnə rəqslərini xareoqraf Qızılgül Əliməmmədova
hazırlamışdı.