2016-cı il oktyabrın 7-i Xəzər Universiteti Tələbə Məclisi uşaq evində və ailədə böyüyən uşaqların birgə çəkdikləri “Fərqli dünyalar” adlı rəsm sərgisi keçiridi. Çəkilən rəsmləri bir mövzu birləşdirirdi. Belə ki, bu mövzu “Mənim dünyam” adlanırdı. Bu da uşaqlara öz daxili dünyalarını nümayiş etdirmək üçün fürsət yaratdı. Layihənin məqsədi fərqli qrup uşaqların (15 uşaq evi – 15 məktəbli) bir-birinə inteqrasiya edərək, aralarındakı fərqliliyin azaltılması idi.