2016-cı il oktyabrın 19-da Xəzər Universitetinin əməkdaşı və doktorantı Validə Kərimovanın “Metaphor in Political Discourse” (ISBN 978-3-659-97239-3) adlı ilk kitabı Almaniyanın Saarbrücken şəhərində – LAMBERT Akademik Nəşriyyat evindən gələn təkliflə çap edilmişdir (OmniScriptum GmbH & Co. KG – www.lap-publishing.com). Dünyanın 40-dan çox ölkəsində rəsmi yayımı və distributoru, həmçinin 150.000 yazarı olan LAMBERT Akademik Nəşriyyat Evi Xəzər Universitetinin saytında və jurnalında V.Kərimovabın çap etdiyi “The English Language for Global Communication: Perspective of Youth” (No. 348, March 2016, pp. 70\ ISSN 2218-2772, http://khazar-review.khazar.org/) adlı məqaləsini bəyənmiş və onlarla birgə əməkdaşlıq təklif etmişdir.
Kitab artıq Almaniyanın Frankfurt şəhərində kitab sərgisinə də daxil edilmişdir. Kitabda metaforanın liqvistik təbiətinin əsas anlayışları, siyasi diskurs siyasi dilçiliyin predmeti kimi, ingilis dilində metaforanın idrak baxımından araşdırılması, mediada metaforanın siyasi ifadəsi, metaforanın təkcə siyasi deyl həm də linqvistik xüsusiyyəti və təbiətindən, siyasi ifadənin xüsusiyyətlərindən və s. geniş bəhs edilmişdir.
https://www.ljubljuknigi.ru/store/ru/book/metaphor-in-political-discourse/isbn/978-3-659-97239-3