2016-cı il oktyabrın 19-da Bakı Beynəlxalq Muğam Mərkəzində amerikalı musiqiçi və muğam ustası Jeffrey Werbock-un iştirakı ilə konsert proqramı və Azərbaycan musiqi sənəti haqqında muzakirələr baş tutdu. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı xarici ölkə musiqilərinin Azərbaycanda və Azərbaycan musiqisinin Qərb ölkəkərində öyrənilməsi, sevilməsi və ifası haqqında danışdı, bu sahədə görülən və görülməsi arzu olunan işləri vurğuladı.