2016-cı il oktyabrın 12-də Sejong Universitetinin (Seul, Cənubi Koreya) nümayəndələri Xəzər universiteti ilə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün universitetdə oldular. Görüş universitetin “Neftçilər” kampusunda baş tutdu.
Sejong Universiteti nümayəndə heyətinin tərkibinə proqram rəhəbəri Joshua Han və koordinator Otabek Juraev daxil idilər. Xəzər Universitetini isə rektor Dr. Hassan Niknafs və Beynəlxalq əlaqələr şöbəsinin direktoru Turan Cəfərva təmsil edirdilər.
Görüşdə tərəflər tələbə mübadiləsi, müştərək dərəcə proqramları və başqa birgə layihələrə maraqlarını ifadə etdilər. Rəsmi əməkdaşlığa başlamaq üçün iki universitet arasında yaxın günlərdə anlaşma memorandumu imzalanması gözlənilir.