Neft Mühəndisləri Cəmiyyətinin Azərbaycan bölməsinin 2015-2016-cı illər üzrə illik hesabatında Xəzər Universitetinin tələbələrinin beynəlxalq PetroBowl (Neft sahəsi üzrə bilik yarışması) müsabiqəsində uğurlu iştirak etdikləri haqqında məqalə dərc olunmuşdur. 2014-cü ildə Londonda Region üzrə PetroBowl müsabiqəsində 2-ci yeri tutan Xəzər Universitetinin 4 tələbədən ibarət komandası 2015-ci ildə Texasda keçirilən NMC İllik Texniki Konfrans və Sərgisində, PetroBowl müsabiqəsinin son turunda iştirak etdi. Dünya üzrə keçirilən müsabiqənin son turunda Azərbaycan ilk dəfə idi ki, təmsil olunurdu.