Xəzər Universiteti və Şəhid Mədəni Universiteti arasında bağlanmış anlaşma memarandumuna əsasən Şəhid Mədəni Universitetininiki dosenti Nacer Farajzadeh və Amir Hassani Karbasi bir semester ərzində Xəzər Universiteti ilə əməkdaşlıq edəcəklər. Nacer Farajzadeh kompüter elmləri və kompüter mühəndisliyi ixtisasının tələbələrinə müasir obyekt-yönümlü proqramlaşdırma (Advanced Object Oriented Programming) və əməliyyat sistemi (Operating System) fənlərini, Amir Hassani Karbasi isə kompüter elmlərində müasir mövzular (Advanced Topics in Computer Science) və məlumatın (verilənlərin) strukturu (Data Structure) fənlərini tədris edəcəklər.
Amir Hassani Karbasi Gilan Universitetinin, Nacer Farajzadeh isə Zhejiang Universitetinin doktaranturasını bitirmişlər.