2016-cı il
sentyabrın 27-də İraqın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli
səfiri Dr. Fadhil Awad Jebur al-Shuwai Xəzər Universitetində oldu,
universitetin rektoru Dr. Hassan Niknafs və Beynəlxalq Əlaqələr Şöbəsinin
direktoru Turan Cəfərova ilə görüşdü.
Səfir İraq Təhsil
və Elmi Tədqiqat Nazirliyinin Azərbaycan universitetlərinin diplomunun
tanınması ilə bağlı son qərarı haqqında danışdı və Xəzər Universitetinin İraqda
Azərabyacanın keyfiyytəli təhsil verən aparıcı universitetlərindən biri kimi
tanındığını vurğuladı.
Daha sonra Xəzər
Universtinin rektoru Dr. Hassan Niknafs çıxış edərək, universitetdə mövcud olan
proqramlar, onun resursları, laboratoriyaları, tədqiqat potensialı və başqa
vacib akademik aspektlərdən danışdı. Rektor Xəzər Universitetin yeni açılmış
yataqxanası haqqında da məlumat verdi və səfiri yataqxanaya baxmağa dəvət etdi.
Turan Cəfərova son zamanlarda Xəzər Universitetində oxumaq istəyən İraq vətəndaşlarının
sayının nəzərə çarpacaq dərəcədə artdığını qeyd etdi.
Görüşdən sonra səfir
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondu
tərəfindən təşkil olunan səkkizinci Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi
Festivalı çərçivəsində (18-27 sentyabr) Xəzər Universiteitn “Mərmər” zalında
baş tutan konsert proqramında iştirak etdi. Musiqiçiləri və festival
iştirakçılarını alqışlayan səfir dəvətə görə Xəzər Universiteti rəhbərliyinə öz
minnətdarlığını bildirdi.