2016-cı il sentyabrın 17-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı İran İsalm Respublikasının Təbriz şəhərində böyük İran və Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş beynəlxlq konfransda iştirak etdi. Konfransa Təbriz Universiteti ev sahibliyi edirdi.
Konfransda beş ölkə – İran İsalm Respublikası, Pakistan, Türkiyə, Azərbaycan və Gürcüstan təmsil olunurdu. İştirakçı ölkələrin görkəmli elm adamları sırasından altı nəfər 2016-cı ilin Şəhriyar Mədəniyyət Medalına layiq görüldü.
Azərbaycan Respublikasından Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin dekanı professor Vasim Məmmədəliyev Şəhriyar Mədəniyyət Medalına layiq görüldülər. Onlar öz çıxışlarında M.Şəhriyar haqqında fikirlərini konfrans iştirakçıları ilə bölüşdülər.
Şəhriyar Mədəniyyət
Medalının Mətni:
İkinci Beynəlxalq Şəhriyar Mədəniyyət Medalı
Xəzər Universitetinin Təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının Sədri
Professor Hamlet İsaxanlıya
İnsanlar və xalqlar arasında olan əlaqələr, dünyada mövcud qarşısı alınmayan əlaqələrdəndir ki, həyatın axarında fikir, düşüncə, hiss və həyəcanları bir-birinə bağlayır və dərələrdə, çaylarda nərə çəkib çağlayır, böyük insanların imanından, əhdindən və məsuliyyətindən ilham almaqla varlığın böyük yaradıcısı Allahın səlahiyyətində olan bəşəriyyətin pak fitrətinə axıb tökülür.
İndi o hörmətli zəka sahibi, İkinci Beynəlxalq Şəhriyar Mədəniyyət Medalı Komitəsi tərəfindən seçilmiş, mədəniyyət medalı və nişanı almağa layiq görülmüşdür.
Təbriz Universiteti təqdim oluna nişan və təşəkkürnamə mükafatları ilə Sizin unudulmaz səylərinizi təqdir edir.
Ümidvarıq ki, islam mədəniyyəti və ölkələrimizin diqqətində olan birliyi yaratmaqda daima uğur qazana biləcəyik.