2016-cı il sentyabrın 15-da Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya” məktəbində yeni dərs ilinin başlanması münasibətilə elmi-metodiki məclis keçirildi. Məktəb rəhbərliyinin və müəllim kollektivinin iştirak etdiyi iclasda yeni dərs ilində ilboyu görüləcək işlər, layihələr, həyata keçirilməsi nəzərdə tutulan planlar müzakirə olundu.