2016-cı il sentyabrın 9-da Xəzər Universitetinin koordinator olduğu ESFİDİP (Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması) Tempus layihəsi çərçivəsində yerli tərəfdaşlar (Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti,Azərbaycan Dövlət İqtisad Universiteti və Əlil Təşkilatları İttifaqı) arasında Skype vasitəsilə görüş təşkil olundu. Görüş zamanı layihə çərçivəsində görüləcək işlər – pilot proqramının planlaşdırılması və həyata keçirilməsi, maliyyə məsələləri və layihənin davamlılığı üçün lazımi tədbirlərin təşkil olunması haqqında müzakirələr keçirildi.