Sentyabrın 14-də “Dünya” məktəbinin Sumqayıtdakı binasının rəsmi açılış mərasimi oldu. Mərasimdə “Dünya” məktəbinin rəhbərliyi, müəllimləri, Sumqayıt “Dünya” məktəbinin rəhbərliyi, müəllim kollektivi, valideynlər və şagirdlər iştirak edirdilər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açılış nitqində Xəzər Universitetinin, eləcə də, “««Dünya»»” məktəbinin yaranma tarixindən danışdı, Sumqayıtda “««Dünya»»” məktəbinin inkişaf planı barədə fikirlər söylədi. Hazırda Xəzər Universiteti və “Dünya” məktəbinin yüksək reytinqli təhsil ocaqları olduğunu qeyd edən H. İsaxanlı məktəbin əsasının 1998-ci ildə qoyulduğunu, çox az şagirdlə fəaliyyətə başladığını, illər ötdükcə genişlənərək böyük bir təhsil məbədinə çevrildiyini vurğuladı. O, həmçinin “Dünya” məktəbinin Xəzər Universiteti nəzdində fəaliyyət göstərdiyini xatırladaraq, bunu məktəbin inkişafı üçün müsbət bir hal kimi dəyərləndirdi. O, məktəbdə mövcud olan IBO – Beynəlxalq Bakalvr Təşkilatının Diplom Proqramından söz açaraq, bu proqramda təhsil alan şagirdlərin gələcəkdə dünyanın tanınmış universitetlərində təhsillərini davam etdirmək imkanı qazana biləcəklərini bildirdi. H. İsaxanlı çıxışının sonunda tədbir iştirakçılarını açılış münasibəti ilə təbrik etdi və məktəbdə şagirdlərin yüksək səviyyədə təhsilini təmin etmək üçün hər cür imkanlar yaradılıdığını qeyd etdi.
Rəsmi hissə başa çatdıqdan sonra tədbir “Dünya” məktəbi müəllim
və tələbələrinin ifasında kiçik konsert proqramı ilə davam etdi. Sonra
valideynlərə “Dünya” məktəbinin tarixini və bugününü əks etdirən film nümayiş
olundu.